AZ

Bakıda kəskin hiss edilir, bölgələrdə isə... Əhali arasında çaşqınlıq

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bir neçə gündür ölkədə şaxtalı hava şəraiti müşahidə olunur. Bəzi vətəndaşlar builki soyuqları ötən illərlə müqayisədə daha dözülməz hesab edirlər. Temperatur göstəriciləri normaya yaxın olsa da, hiss edilən soyuğun daha kəskin olduğu bildirilir.

Bu, insanların iqlim şəraitinə uyğunlaşmaması ilə bağlıdır, yoxsa həqiqətən əvvəlki illərlə müqayisədə ciddi fərq mövcuddur?

Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, bu ilki soyuqların ötən illə müqayisədə fərqli olduğunu demək olmaz:

“Aylıq və gündəlik normaya uyğun hava şəraiti belə insanlar arasında çaşqınlıq yarada bilər. Hesab edirəm ki, bu, daha çox maddi, mənəvi və psixoloji durumla bağlıdır. Ümumilikdə hazırkı temperatur qış üçün normaldır. Gözlədiyimiz yağıntılar az da olsa müşahidə edildi. Ötən illərlə müqayisədə ciddi fərq yoxdur”.

Qorxmaz İbrahimli

Ekoloq bildirib ki, Bakı şəhəri ilə bütün bölgələri müqayisə etmək düzgün deyil:

“Mərkəzi Aran bölgəsi və Naxçıvanda havanın quru olması səbəbindən soyuq daha çox hiss edilə bilər. Quru iqlimli bölgələrdə soyuq daha intensivdir, amma insanlar şaxtadan şikayətçi deyillər. Bakıda və dəniz sahilində isə rütubətin təsirindən insanların soyuğu daha kəskin hiss etməsi mümkündür. Ümumiyyətlə, daxil olan hava kütlələrinin təsirindən temperaturda kiçik fərqlər ola bilər, lakin builki hava şəraiti əvvəlki illərlə müqayisədə əsasən eynidir. Əsas məsələ odur ki, insanlar sağlamlıqlarına diqqət etsinlər, düzgün qidalanmağı və sağlam yaşam tərzini seçsinlər, həmçinin ətraf mühiti qorumağa diqqət göstərsinlər”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
globalinfo.az

1Mənbələr