AZ

Cəmi bir video paylaşaraq milyon dollarlıq qazanc əldə etdi FOTO

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"YouTube"da cəmi bir video paylaşaraq milyonlarla dollar gəlir əldə edən kanal internetin ən qeyri-adi uğur hekayələrindən birinə çevrilib.

Milli.Az xəbər verir ki, "Kamin 10 saat" adlı kanalın yüklədiyi 10 saatlıq kamin videosu illər ərzində böyük maraq toplayıb və rahatladıcı məzmunun nə qədər güclü təsirə malik olduğunu bir daha sübut edib.

Təxminən 9 il əvvəl paylaşılan video yanan kamin görüntüsü, odun səsi, sabit kamera bucağı və sakit atmosferdən ibarətdir. Heç bir süjet, ssenari və ya insan fiquru olmayan bu sadə məzmun insanların evdə və ya ofisdə rahat bir mühit yaratmaq ehtiyacını qarşılayıb. Nəticədə video bu günə qədər 156 milyondan çox baxış toplayıb.

Videonun əldə etdiyi gəlir sosial mediada geniş müzakirə olunur. Paylaşılan bəzi ekran görüntülərinə görə, video son doqquz ildə təxminən 1,24 milyon dollar gəlir gətirib. Ümumi qazancın 500 min - 800 min dollar arasında ola biləcəyi göstərilib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
news.milli.az

1Mənbələr