AZ

Böyük Britaniyada doğum səviyyəsi azalıb

Bakı. Trend:

Böyük Britaniyada demoqrafik baxımdan mühüm dönüş nöqtəsiyaxınlaşır.

Trend “TheIndependent”ə istinadla xəbər verir ki, “Resolution Foundation”ınproqnozuna görə, 2026-cı ildən etibarən ölkədə ölənlərin sayıdoğulanların sayını üstələyəcək və bu fərqin növbəti 50 il ərzindəartacağı gözlənilir.

Məlumata görə, doğum səviyyəsinin azalması Birləşmiş Krallığıəhali artımı baxımından miqrasiyadan daha asılı vəziyyətə salabilər. Bu proqnoz, “Office for National Statistics”in ötən ilaçıqladığı və miqrasiyanın 2032-ci ilə qədər əhalinin 5,9 faizartımında əsas rol oynayacağını göstərən hesablamalarından cəmialtı ay sonra səsləndirilib.

Son statistikalar Böyük Britaniyaya miqrasiyanın səviyyəsindəazalma tendensiyasını göstərir. Doğum və ölüm nisbətlərindəkidəyişikliklər, eləcə də dövlət xərclərinin artması fonundaanalitiklər əmək qabiliyyətli əhalinin sayının azalacağı,vergilərin yüksələ biləcəyi və siyasi mühitin daha həssas hala gələbiləcəyi barədə xəbərdarlıq edirlər.

Seçilən
111
3
az.trend.az

4Mənbələr