AZ

Yanvar niyə maddi çətinliklər ayı hesab olunur?

Yanvar ayının maddi çətinliklər ayı kimi tanınmasının bir neçə əsas səbəbi var.

Milli.Az xəbər verir ki, Əən başlıca amil dekabr ayında Yeni il hazırlıqları ilə bağlı xərclərin kəskin artmasıdır, insanlar hədiyyələr, süfrə xərcləri və istirahət üçün planlaşdırılandan daha çox pul xərcləyirlər.

Yanvar ayında isə yeni gəlir mənbəyi yaranmır, əksinə əvvəlki ayın xərclərinin təsiri davam edir. Bir çox sahədə iş günlərinin azalması və uzun qeyri iş günləri də gəlirlərin gecikməsinə və ya azalmasına səbəb olur.

Bundan əlavə, kommunal xərclərin qış aylarında artması, kredit və borc ödənişlərinin davam etməsi yanvar ayını maliyyə baxımından daha çətin edir. Nəticədə dekabrda xərclənən vəsaitin əksi yanvarda özünü daha aydın göstərir və bu ay maddi baxımdan ən sıxıntılı dövr kimi yadda qalır.

İsmayıl
Milli.Az

Seçilən
71
2
milli.az

3Mənbələr