AZ

Frederiksen: ABŞ-nin Qrenlandiyaya hücumu NATO üçün son olacaq

BAKI, 6 yanvar. TELEQRAF

Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-nin Qrenlandiyaya mümkün hücumu ilə bağlı sərt bəyanat verib.

Teleqraf xəbər verir ki, o, bu barədə "Danmarks" radioya müsahibəsində danışıb.

“Əgər NATO-nun bir üzvü başqa bir NATO üzvünə hücum edərsə, hər şey bitəcək”, – deyə Frederiksen bildirib.

Baş nazir həmçinin ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı planlarından geri çəkiləcəyinə şübhə etdiyini vurğulayıb. Onun sözlərinə görə, Tramp bu məsələdə çox ciddi şəkildə köklənib.

Seçilən
103
teleqraf.com

1Mənbələr