GƏNCƏ, 6 yanvar. TELEQRAF
Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, “VAZ 2107” markalı avtomobilin qəzaya uğraması nəticəsində Vahid Zeynalov və onun həmyaşıdı Xəyal Atayev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.