AZ

ABŞ dən yeni Venesuela mesajı: Seçki üçün hələ tezdir

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Yaxın 30 gün ərzində Venesuelada yeni seçki keçirilməyəcək".

Oxu.Az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp NBC telekanalına verdiyi müsahibədə deyib.

"Biz əvvəlcə ölkəni bərpa etməliyik. Seçki keçirmək olmaz. İnsanlar səs verə biləcək vəziyyətdə deyillər", - deyə ABŞ lideri Venesuelada bir ay ərzində seçkinin keçirilməsi ehtimalı ilə bağlı suala cavab verərkən qeyd edib.

"Xeyr, bunun üçün zaman lazımdır. Biz ölkəni yenidən sağlam vəziyyətə gətirməliyik ki, o normal həyata qayıtsın", - deyə Donald Tramp vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
oxu.az

1Mənbələr