“İnter”in (hazırkı “Şamaxı”) sabiq müdafiəçisi Zurab Xizanişvili baş məşqçi təyin olunub.
Sportinfo.az xəbər verir ki, o, Gürcüstanın U-19 yığmasını çalışdıracaq.
Bu barədə Gürcüstan Futbol Federasiyası məlumat yayıb.
44 yaşlı mütəxəssis daha əvvəl Gürcüstanın U-21 və əsas millisində köməkçi məşqçi, U-16-da isə baş məşqçi kimi fəaliyyət göstərib.
Zurab Xizanişvili 2015-2017-ci illərdə ölkəmizdə “İnter”in formasını geyinib.