"Barselona"nın polşalı ulduzu Robert Levandovski Səudiyyə Ərəbistanına transfer ola bilər.

Offsideplus.az  xəbər verir ki, Joao Kanselonun transferi danışıqlarında “Əl-Hilal” Robert Levandovskinin də razılaşmaya daxil edilməsini təklif edib.

Məlumata görə, onlar polşalı hücumçunun mövsümün sonunadək Səudiyyə Ərəbistanında qalmasını istəyib.

Hazırda tərəflər arasında danışıqlar davam edir. Robert Levandovski Səudiyyə Ərəbistanına keçid baş tutacağı halda, hazırkı qazanclarından daha yüksək maaş əldə edəcək.

Bununla belə, transferlə bağlı son qərarın futbolçunun özünə məxsus olduğu bildirilir.