AZ

Osimhen Lukmanla dalaşdı: Meydanı tərk etdi

Afrika Millətlər Kubokunun 1/8 final mərhələsi çərçivəsində Nigeriya millisi Mozambik yığması ilə qarşılaşıb.

Apasport.az xəbər verir ki, oyun Nigeriyanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada azarkeşlər gərgin anlara da şahidlik ediblər. Belə ki, oyunun ikinci hissəsində “Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimhenlə yığmadakı komanda yoldaşı Ademola Lukman arasında münaqişə yaşanıb. Hadisədən dərhal sonra İstanbul klubunun forvardı texniki heyətə əl işarəsi ilə dəyişiklik edilməsini və meydandan çıxarılmasını tələb edib. Nəticədə Osimhen matçın 68-ci dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, Osimhen bu oyunda 2 qol vurub, Lukman isə 1 qol və 2 assistlə yadda qalıb.

Türkiyə Superkuboku: "Qalatasaray" finalda - YENİLƏNİB

La Liqada dekabr ayının ən yaxşı məşqçisi bəlli olub

Braziliyalı hücumçu “Əl-Əhli”də

“Latsio”dan “Vest Hem”ə - RƏSMİ

"Fənərbaxça" Superkubok yarımfinalına cidd itkilərlə çıxacaq

Seçilən
36
1
apasport.az

2Mənbələr