AZ

Ramzan Kadırovun oğlu baş nazirin müavini OLDU

Ramzan Kadırovun oğlu Axmat Kadırov baş nazirin müavini olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Çeçenistan rəhbərinin oğluna hökumətdə yüksək vəzifə verildi.

Məlumata görə, Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Axmat Kadırov respublikanın Baş nazirinin müavini (vitse-premyer) vəzifəsinə təyin edilib.

Bildirilir ki, gənc kadrın yeni vəzifəyə təyinatı barədə qərar rəsmən təsdiqlənib. Qeyd edək ki, Axmat Kadırov bundan əvvəl də respublikanın idarəetmə strukturunda müxtəlif vəzifələrdə çalışıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
88
interpress.az

1Mənbələr