AZ

“İndi bu, hər hansı bir ölkənin başına gələ bilər” – Maduronun oğlu

Venesuelanın sabiq prezidenti Nikolas Maduronun oğlu Nikolas Maduro Guerra, atası ilə bağlı baş verən hadisələr fonunda beynəlxalq ictimaiyyəti həmrəyliyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki o, vurğulayıb ki, atası vəzifəsindən zorla uzaqlaşdırılması Venesuelanın suverenliyinin kobud şəkildə pozulmasıdır və təhlükəli presedent yaradır.

Maduro Guerra bildirib ki, bu cür hərəkətlər normaya çevrilərsə, heç bir dövlət özünü təhlükəsiz hiss edə bilməz. “Bugün bu Venesuelada baş verdi, sabah isə hər hansı bir ölkənin başına gələ bilər, əgər o, xarici təzyiqlərə boyun əyməzsə. Bu hadisələr yalnız region üçün deyil, qlobal sabitlik və dövlətlərin suveren bərabərliyi prinsipi üçün də təhdid yaradır”.

O, həmçinin beynəlxalq həmrəylik və Venesuelaya geri dönmənin təmin edilməsi üçün dünya ictimaiyyətinə çağırış edib.

Seçilən
47
nocomment.az

1Mənbələr