Rəsmi şəxslər xalqın müqavimətə hazır olduğunu vurğulayır…
Venesuela hökuməti ölkəni ABŞ-ın mümkün hücumundan qorumaq üçün 4 milyondan çox vətəndaşı səfərbər edib.
Poliqon xəbər verir ki, bu barədə Türkiyənin DHA agentliyi Venesuela səfiri Frədi Eduardo Molina Gutyerresin açıqlamasına istinadla məlumat yayıb.
Diplomat qeyd edib ki, Venesuela xalqı həm ideoloji, həm də praktiki baxımdan müqavimət göstərməyə tam hazırdır. O bildirib ki, ölkə tarixindəki ən böyük hərbi qüvvə ilə üzləşsələr də, Venesuela öz torpaqlarını müdafiə edəcək. Səfərbərlik yalnız silahlı qüvvələri deyil, həmçinin 4 milyondan çox mülki vətəndaşı əhatə edir.
Məlumata görə, yanvarın 5-də Venesuela hökuməti silahlı qüvvələrin səfərbərliyini elan edib və neft sənayesi ilə digər istehsal sahələrində “hərbi rejim” tətbiq edib. Eyni gündə Nyu-York federal məhkəməsi Venesuela prezidenti Nikolas Maduroya qarşı ilk iclası keçirib. Məhkəmə başçını həbsdə saxlayıb və yeni dinləmə təyin edib. Maduro özünü günahkar saymayaraq, “müharibə əsiri” adlandırıb və işi ABŞ prezidenti Donald Trampın xeyrinə olmayan hakimin icraatında aparılıb.
Poliqon.info