ABŞ müdafiə naziri Venesuelada hərbi əməliyyatın uğurunu vurğulayıb və Rusiyanın hava hücumundan müdafiə sistemi lağa qoyub...
Poliqon xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset Virciniyada çıxışı zamanı Venesuelada ABŞ xüsusi təyinatlılarının həyata keçirdiyi əməliyyatı şərh edib və Rusiyanın ölkədəki hava hücumundan müdafiə sistemini tənqid edib.
Hegset bildirib ki, “Üç gecə öncə təxminən 200 ən yaxşı amerikalı əsgərimiz Karakasın mərkəzinə daxil oldu. Görünür, rus sisteminin iş prinsipi o qədər də yaxşı işləmədi, elə deyilmi?”, deyə ABŞ-nin müharibə naziri ritorik sual edib.
Nazir əlavə edib ki, əməliyyat zamanı ABŞ tərəfindən axtarılan şəxs nəzərdə tutulan mərkəzdə ələ keçirilib və amerikalı əsgərlər arasında heç bir itki qeydə alınmayıb.
Heqsetin sözlərinə görə, əməliyyat amerikalıların planlaşdırdığı şəkildə uğurla başa çatıb və hərbiçilərin bacarıqlarını göstərib.
Poliqon.info