ain.az, GlobalInfo saytına istinadən bildirir.
Almaniya hakimiyyəti Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Almaniya Kansleri Fridrix Merzin qaçırılması ilə bağlı açıqlamalarına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Der Tagesspiegel” qəzeti məlumat yayıb. Almaniya hökumətinin sözçüsü Sebastian Hille vurğulayıb ki, Berlin bu cür təhdidləri ən sərt şəkildə pisləyir.
Hille həmçinin Kansler Merzin möhkəm qorunduğunu və hökumətin əlavə təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac görmədiyini bildirib.
Xatırladaq ki, Medvedev TASS agentliyinə verdiyi açıqlamada Venesuela ətrafındakı vəziyyəti şərh edərkən digər ölkələrin liderləri, o cümlədən Merzin həbs edilə biləcəyi kimi ifadələr səsləndirib və Kanslerin oğurlandığını bildirib.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.