AZ

Maduro Türkiyənin dostu olduğunu təsdiqləyib Ərdoğan

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Nikolas Maduro və ümumilikdə Venesuela xalqı dəfələrlə Türkiyənin dostu olduqlarını təsdiqləyib.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra deyib.

“Türkiyə və Venesuela iki dost dövlət kimi, ölkələrimiz üçün çətin dövrlər də daxil olmaqla, həmrəyliyə hər zaman üstünlük veriblər.

Dövlətlərin suveren hüquqlarının və ümumilikdə beynəlxalq hüquq normalarının pozulması qlobal miqyasda ciddi fəsadlara gətirib çıxara biləcək riskli addımdır. Gücün hüquqdan üstün tutulduğu bir dünyada qeyri-sabitlik, böhran və münaqişələr qaçılmazdır. Türkiyə beynəlxalq hüquqa zidd olan heç bir hərəkəti qəbul etmir.

Biz güclü bir dövlətin təmsilçiləri olduğumuzu yaxşı dərk edirik. Ölkəmizi müxtəlif beynəlxalq platformalarda şərəf və qürurla təmsil edirik”, – Ərdoğan qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
98
axar.az

1Mənbələr