AZ

Qrenlandiya: Ölkəmiz superdövlətlərin ritorikasının obyekti deyil..

Ada hökuməti Trampın iddialarını “hörmətsiz” hesab edir...

Poliqon xəbər verir ki, Qrenlandiya ABŞ prezidenti Donald Trampın adanın ABŞ-yə birləşdirilməsi ilə bağlı açıqlamalarına sərt reaksiya verib. Ada baş naziri Mette Frederiksen Nielsen bildirib ki, Qrenlandiya nəsillər boyu ABŞ-ın yaxın və sadiq dostu olub və belə bəyanatlar hörmətsizdir.

Frederiksen əlavə edib ki, məsuliyyət, sabitlik və sadiqlik nümayiş etdirən xalqla belə danışmaq düzgün deyil. Qrenlandiya öz müstəqilliyini qoruyur və hər hansı xarici ritorika və təzyiq xalqın iradəsinə qarşıdır.

Qrenlandiya rəhbərliyi həmçinin ABŞ-nin açıqlamalarının diplomatik üslub və beynəlxalq münasibətlər prinsiplərinə uyğun olmadığını qeyd edib və tərəfləri qarşılıqlı hörmət əsasında əməkdaşlığa çağırıb.

Poliqon.info

Seçilən
120
poliqon.info

1Mənbələr