AZ

Maduronun arvadı döyülüb, məhkəməyə elə halda gətirildi ki... TƏFƏRRÜAT

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Venesuela Prezidenti Nikolas Maduronun həyat yoldaşı Cilia Floresin saxlanılarkən döyülməsi ilə bağlı iddialar var. SAVASHMEDİA.az-ın xəbərinə görə, xanım Floresin bu gün Nyu York məhkəməsinə sifətində xəsarət izləri ilə gəlməsi həmin iddiaları daha da gücləndirib.Belə ki, o, məhkəmə iclasına alnında sarğı ilə çıxıb. Floresin sağ gözünün altında da qançırın olduğu aydın şəkildə görünüb.Cilia Floresin müdafiəsini təşkil edən tanınmış vəkil Mark Donnelli  xanım Floresin qabırğalarında ciddi xəsarətlərin, mümkün sınıq və əzilmə əlamətlərinin olduğunu əsas gətirərək tibbi müayinə tələb edib.Qeyd edək ki, bu gün Venesuela Prezidenti Nikolas Maduronun Nyu-Yorkda narkoterrorizm ittihamları ilə ilk məhkəmə iclası keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
demokrat.az

1Mənbələr