AZ

Venesuelada qeyri-sabitlik təhlükəsi artır - Quterreş

BMT Venesuelada mümkün qeyri-sabitliklə bağlı narahatlıq ifadə edib

"Unikal" xəbər verir ki, BMT Baş katibi Antonio Quterreş Venesuelada yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib.

Quterreş ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduroya qarşı həyata keçirdiyi əməliyyatın ölkədə və regionda qeyri-sabitliyi dərinləşdirə biləcəyini qeyd edib. O, həmçinin bu addımın beynəlxalq hüquq baxımından suallar doğurduğunu vurğulayıb.

BMT baş katibi bütün tərəfləri təmkinli davranmağa, gərginliyi artıracaq addımlardan çəkinməyə və Venesuelada sülh yolu ilə, inklüziv siyasi dialoqa üstünlük verməyə çağırıb.

Quterreş bildirib ki, Birləşmiş Millətlər Təşkilatı vəziyyətin sabitləşdirilməsi üçün diplomatik səyləri dəstəkləməyə hazırdır.

Seçilən
26
1
unikal.az

2Mənbələr