AZ

Məcburi köçkünlərin rəqabət qabiliyyəti artırıldı: 30 nəfərə İT bilikləri öyrədildi

"Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyi 2025-ci ildə bir neçə layihə həyata keçirib. Bunlar əsasən məcburi köçkünlər, gənclər və ətraf mühit sahələrinə yönəldi. QHT Agentliyinin maliyyə dəstəyi ilə may-iyun və iyul aylarında  “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş” layihəsini icra etdik. Bu çərçivədə “Mingəçevir Turizm Kolleci” Publik Hüquqi Şəxsin  və “General Academy” MMC-nin (Bərdə) köməyi ilə onların  Mingəçevir və Bərdədəki kompüter mərkəzlərində  30 nəfərə İT bilikləri öyrədildi. Avqust-dekabr aylarında isə "Gənclərin biznes və sahibkarlığa hazırlığı” layihəsi çərçivəsində 25 nəfərə 6 təlim təşkil olundu".

Bu fikirləri “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti, Əməkdar jurnalist Fərman Nəbiyev QHT.az-a bildirib. Onun sözlərinə görə, təlimləri peşəkar mütəxəssislər apardı. Bundan əlavə həmin gənclərin iştirakı ilə "Yaşıl Mingəçevir" layihəsini reallaşdırdıq. Belə ki, Mingəçevirin girişində ayrılmış boş torpaq sahəsində 120 çinar ağacı əkildi. Sahəyə torpaq daşınması, suvarma xəttinin çəkilməsi və ağacların şəhərə gətirilməsi isə xeyriyyəçi Həsən Hüseynli tərəfindən təmin olundu. Bu layihələr təşkilatımızın prioritetləri – təhsil, peşə inkişafı və ətraf mühitin qorunması ilə tam uyğun gəlirdi:

"Layihələrimizdə əsas diqqət praktiki nəticələrə yönəldi. “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş” layihəsində Mingəçevir və Bərdədə 30 nəfər məcburi köçkünə kompüter bilikləri (əsas proqramlar, internet istifadəsi, ofis proqramları) öyrədildi; təlimlər 3 ay davam etdi və iştirakçılara sertifikatlar verildi. Bu, onların iş bazarında rəqabət qabiliyyətini artırdı. "Gənclərin biznes və sahibkarlığa hazırlığı”  layihəsində isə 6 təlim keçirildi. Hər təlimdə peşəkar mütəxəssislər tərəfindən gənclərə müxtəlif bacarıqlar (məsələn, rəqəmsal marketinq, layihə idarəçiliyi, soft skills) öyrədildi. Bütün layihələrdə monitorinq və qiymətləndirmə aparıldı, nəticələr aidiyyatı qurumlara təqdim edildi".

Seçilən
19
qht.az

1Mənbələr