
Çeçenistan lideri Ramzan Kadırov böyük oğlu, 20 yaşlı Axmat Kadırovu respublika hökuməti sədrinin müavini təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ramzan Kadırov teleqram kanalında məlumat yayıb.
Axmat Kadırov Çeçenistan hökuməti sədrinin müavini vəzifəsini tutduqdan sonra 2024-cü ilin mayında götürdüyü regional bədən tərbiyəsi və idman naziri vəzifəsini qoruyacaq. Buna qədər o, dörd ay (2024-cü ilin fevralından may ayına kimi) Çeçenistanın gənclərlə iş üzrə naziri vəzifəsində çalışıb.
Ramzan Kadırovun ikinci oğlu Zelimxan 2024-cü ildə “Axmat” çeçen döyüş klubunun və Çeçenistan Boks Federasiyasının rəhbəri təyin edilib. Onun üçüncü oğlu Adam isə 2025-ci ildə respublikanın Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub.