Venesueladakı vəziyyəti fonunda Türkiyə prezidenti ABŞ-ın addımlarına dair narahatlığını çatdırıb...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesueladakı son hadisələr fonunda ABŞ prezidenti Donald Trampla telefon danışığı həyata keçirib.
Poliqon xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.
Ərdoğan bildirib ki, telefon danışığı zamanı ölkəsinin narahatlığını ABŞ tərəfinə çatdırıb. Onun sözlərinə görə, suverenliyin pozulması və beynəlxalq hüququn gözardı edilməsi təhlükəli addımlardır və bu cür davranışlar qlobal problemlərə yol aça bilər.
Türkiyə prezidenti vurğulayıb ki, gücün deyil, qanunun hökm sürdüyü bir dünya prinsipi pozulduqda sabitlik pozulur, böhranlar və konfliktlər qaçılmaz olur. O, Venesuela xalqını dost ölkə hesab etdiyini və bu ölkəyə dəstəyini davam etdirəcəyini qeyd edib. Ərdoğanın fikrincə, diplomatiya və dialoq vasitəsilə regiondakı gərginliyin azaldılması vacibdir.
Məlumatda bildirilir ki, telefon danışığı zamanı həmçinin regional təhlükəsizlik məsələləri və beynəlxalq hüquq prinsiplərinin qorunması məsələləri müzakirə olunub. Ərdoğan ABŞ-a hərbi əməliyyatların təsirlərinə diqqət yetirməyi və sülh yolunda addımlar atmağı tövsiyə edib.
Poliqon.info