“Qalatasaray” və “Trabzonspor”" arasında Türkiyə Superkubokunun yarımfinal oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma “Kalyon” stadionunda (Qaziantep) baş tutub. “Qalatasaray” 4:1 hesabı ilə qələbə qazanıb.
“Qalatasaray”ın hücumçusu Barış Alper Yılmaz oyunun ilk qolunu 38-ci dəqiqədə vurub. 45+3-də müdafiəçi Eren Elmalı komandasının üstünlüyünü ikiqat artırıb. “Trabzonspor”un yarımmüdafiəçisi Filipe Auqusto da Silva 55-ci dəqiqədə fərqi azaldıb, lakin Yunus Akgün səkkiz dəqiqə sonra “Qalatasaray”ın üçüncü qolunu vurub. Mauro İkardi “Trabzonspor”un qapısına dördüncü qolu 81-ci dəqiqədə vurub.
Turnirin final matçında “Qalatasaray” 6 yanvarda keçiriləcək “Fənərbağça” – “Samsunspor” matçının qalibi ilə qarşılaşacaq. Turnirin finalı 10 yanvara planlaşdırılıb.
Hazırkı Türkiyə Superkubokunun qalibi 2024-cü il finalında “Qalatasaray”ı 5:0 hesabı ilə məğlub edən “Beşiktaş”dır.