AZ

Maduro və arvadı qaçırılarkən döyülüb? İddia

ain.az, Axar.az saytına istinadən bildirir.

Venesuela Prezidenti Nikolas Maduro ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən qaçırılarkən xəsarət almış ola bilər.

Axar.az xəbər verir ki, bu barədə CNN-in məlumatında deyilir.

Belə ki, Nyu Yorkun Cənub Dairəsi Federal Məhkəməsində keçirilən dinləmədə iştirak edən kanal əməkdaşları Maduronun oturmaqda və yerindən qalxmaqda çətinlik çəkdiyini bildiriblər.

Həmçinin Venesuelanın birinci xanımı Siliya Flores dinləməyə alnında sarğı ilə qatılıb, gözlərinin ətrafında göyərmələr olub və o, tarazlığını qorumaq üçün məhkəmə icraçısına söykənib.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr isə ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
82
axar.az

1Mənbələr