AZ

Cəlilabadda qadın dəm qazından boğularaq ölüb

Cəlilabad rayonunda faciəli hadisə baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı rayonun Üçtəpə kəndində faciəvi şəkildə vəfat edib.
İlkin məlumata görə, o, yaşadığı evin hamamında dəm qazından boğulub. Meyit müayinə olunması üçün rayon morquna təhvil verilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
78
12
teleqraf.com

10Mənbələr