AZ

BMT: ABŞ Venesueladakı əməliyyatla bağlı rəsmi açıqlama verməyib

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik brifinqdə bildirib ki, BMT ABŞ-dan Venesueladakı hərbi əməliyyatla bağlı heç bir rəsmi açıqlama almayıb.

Doğru.az xəbər verir ki, Dujarrik vurğulayıb: “Baş verənlərlə bağlı ABŞ-dan heç bir rəsmi izahat almamışıq.”

Xatırladaq ki, 3 yanvar tarixində ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat həyata keçirərək prezident Nikolas Maduro və həyat yoldaşı Cilia Floresi həbs edib və sürgün edib. Daha sonra Maduro Bruklindəki həbsxanaya aparılıb.

5 yanvar axşamı Venesuela prezidentinin işi üzrə məhkəmədə dinləmə keçirilib. Maduro özünü günahsız hesab edib.

Bundan sonra Nyu-Yorkun Cənub Dairəsi hakimi Venesuela konsulluğu işçilərinin Maduro və həyat yoldaşı Cilia Floreslə görüşməsinə icazə verib.

DOĞRU.AZ

Seçilən
36
dogru.az

1Mənbələr