İngiltərənin "Mançester Yunayted" klubu texniki heyətlə bağlı gələcək planlarını formalaşdırmağa başlayıb.
Fanat.Az xəbər verir ki, klub rəhbərliyi Ruben Amorimdən sonra baş məşqçi postuna əsas namizəd kimi hazırda "Kristal Pelas"ı çalışdıran Oliver Qlazneri görür.
Məşhur insayder Migel Delaninin verdiyi məlumata görə, "qırmızı şeytanlar" komandanı daimi olaraq təcrübəli bir mütəxəssisə tapşırmaq niyyətindədir.
Namizədlər siyahısında həmçinin "Çelsi"də uğurlu işləri ilə seçilən Enzo Mareskanın da adı hallanır. Klub daxilində Mareskanın "zadəganlar"ın heyətində yaratdığı oyun sistemi və nümayiş etdirdiyi nəticələr yüksək qiymətləndirilir.
Kamil Xudiyev