Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İmarət stadionun tikinti işlərinin birinci mərhələsinin satın alınması üzrə tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, tenderdə qalib “PMD Project” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Gənclər və İdman Nazirliyi “PMD Project” MMC ilə məbləği 60 milyon 507 min manat olan müqavilə bağlanıb. İşlərin başlama tarixi 26.12.2025-ci il, bitmə tarixi isə 30.12.2026-cı ildir.
Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadiondur. 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən yeni "İmarət" stadionunun təməli qoyulub.