Türkiyə Superkubokunun yarımfinal mərhələsini ilk oyunu başa çatıb.
"Yeni Sabah" xəbər verir ki, Gaziantep stadionunda "Qalatasaray"la "Trabzonspor" üz-üzə gəliblər.
İstanbul təmsilçisi rəqib qapısından dörd top keçirib. Yılmaz (38), Elmalı (45+3), Akgün (63) və İkardi (81) fərqləniblər. Trabzonluların gücü bu qollardan yalnız birinin əvəzini çıxmağa yetib. Auqusto (55) komandasına təsəlli verib - 4:1.
Qeyd edək ki, yanvarın 6-da baş tutacaq ikinci yarımfinalda "Fənərbağça" "Samsunspor"la mübarizə aparacaq. Turnirin həlledici qarşılaşması isə yanvarın 10-da keçiriləcək.
Xatırladaq ki, Superkubokun son qalibi "Beşiktaş"dır./Oxu.az
Telegram kanalımız