AZ

Rüfət Abdullazadənin yeni klubu məlum oldu - SON DƏQİQƏ

"Zirə" heyətinə yeni futbolçu qatıb.

"Qartallar" Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadə ilə güclənib.

Xorvatiyanın "Varajdin" klubuna məxsus 24 yaşlı oyunçu mövsümün sonuna qədər icarəyə götürülüb.

O, yayda "Varajdin"lə 3 illik anlaşıb.

Arxada qalan müddətdə meydana çıxdığı 10 oyunda 1 qol və 2 assistlə yadda qalıb.

Abdullazadə daha əvvəl ölkəmizdə "Sumqayıt" və "Səbail"də forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
29
sportinfo.az

1Mənbələr