Bu gün futbol üzrə Türkiyə Superkubokunun ilk yarımfinal oyunu keçirilib.
Apasport.az xəbər verir ki, “Qalatasaray” “Trabzonspor”la üz-üzə gəlib.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da Qaziantep Böyükşəhər Stadionunda start götürüb.
5 qolun vurulduğu görüşdə İstanbul təmsilçisi rəqibini 4:1 hesabı ilə məğlub edib. “Sarı-qırmızılılar”ın qollarını Barış Alper Yılmaz, Eren Elmalı, Yunus Akgün və Mauro İkardi vurub. “Trabzonspor”un yeganə qolunun müəllifi isə Felipe Augusto olub.
Qeyd edək ki, “Qalatasaray” finalda “Fənərbaxça” ilə “Samsunspor” arasındakı matçın qalibi ilə qarşılaşacaq.
“Hoffenhaym” Dortmund “Borussiya”sının hücumçusunu icarəyə götürüb
İtaliya klubundan Premyer Liqaya
“Ayntraxt”ın gənc müdafiəçisi Avropa nəhənglərinin radarında
Fransa klubu ingiltərəli baş məşqçi ilə danışıqlara başlayıb
Messinin klubu argentinalı müdafiəçi transfer edib