BAKI, 5 yanvar. TELEQRAF
Türkiyə Superkubokunun 1/2 final mərhələsinin ilk oyununda "Qalatasaray" və "Trabzonspor" komandaları qarşılaşıb.
Teleqraf xəbər verir ki, Qaziantep şəhərinin "Kalyon" stadionunda keçirilən matçda "sarı-qırmızılar" rəqibini darmadağın edib - 4:1.
İstanbul klubundan Barış Alpər Yılmaz (38-ci dəqiqə), Eren Elmalı (45+3), Yunus Akgün (63) və Mauro İkardi (81) fərqləniblər.
Qara dəniz təmsilçisinin yeganə qolunu isə 55-ci dəqiqədə Felipe Auqusto vurub.
Qeyd edək ki, "Qalatasaray" final oyununda "Fənərbağça" - "Samsunspor" cütünün qalibi ilə üz-üzə gələcək.