AZ

Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə silsilə zərbələr endirib

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə silsilə zərbələr endirib. Nazirliyin xülasəsində hədəflərə müdafiə sənayesi obyektləri, hərbi infrastruktur, PUA yığma zavodları və Ukrayna Silahlı

Qüvvələrinin bölmələrinin yerləşdirilməsi məntəqələrinin daxil olduğu bildirilir.

Hücuma təyyarələr, dronlar, raket bölmələri və artilleriya cəlb edilib. Nazirlik əlavə edib ki, gün ərzində hava hücumundan müdafiə sistemləri üç idarə olunan bomba, üç HIMARS raketi və 356 sabit qanadlı dron vurub.

//Samir Qurbanov, Editor.az

Seçilən
48
editor.az

1Mənbələr