Nyu-York məhkəməsi Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores işi üzrə növbəti iclası 17 mart tarixində təyin edib. SİA xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. "Növbəti iclas 17 mart saat 11:00-da keçiriləcək", - hakim bildirib. "Maduro və həyat yoldaşı təxminən 30 dəqiqə davam edən dinləmədən sonra məhkəmə zalını tərk ediblər", - məlumatda qeyd olunub. İclasda çıxış edən Nikolas Maduro və həyat yoldaşı Siliya Flores təqsirsiz olduqlarını bildiriblər. Narkotik və silah qaçaqmalçılığı ittihamları ilə üzləşən Maduro məhkəmə iclasında hələ də Venesuela prezidenti olduğunu deyib.
Mətləb