Afrika Millətlər Kubokunda Misir və Benin arasında 1/8 final mərhələsinin oyunu başa çatdı.
İdman.Biz bildirir ki, oyun Aqadirdəki “Adrar” stadionunda baş tutub. Misir 3:1 hesablı qələbə qazanıb.
Misirli Mərvan Attiya 69-cu dəqiqədə hesabı açıb. Codel Dossu 83-cü dəqiqədə bərabərlik qolunu vurub, Yasser İbrahim isə 97-ci dəqiqədə Misiri hesabda irəli çıxarıb. Məhəmməd Salah 120+4-cü dəqiqədə son qolu vurub.
2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarışda altı qrupa bölünmüş iyirmi dörd milli komanda iştirak etdi. Turnir 18 yanvara qədər davam edəcək. Hazırkı Afrika Millətlər Kubokunun çempionu 2023-cü il turnirinin finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub edən Kot-d'İvuardır.