AZ

Kuba süqut etmək üzrədir – ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuelada rejim dəyişikliyindən sonra Kuba hakimiyyəti ölkə üzərində nəzarəti itirəcək. O, hesab edir ki, Venesuela neftinə çıxış olmadan Kuba hökuməti gəlirlərini itirəcək.

Bu sözləri Tramp “Air Force One” təyyarəsində deyib: “Kuba süqut etmək üzrədir. Bilmirəm necə davam gətirə bilərdilər, amma indi Kubanın heç bir gəliri yoxdur”.

Kuba hakimiyyəti bildirib ki, Venesuela prezidenti Nikolas Maduronu qaçırmaq üçün ABŞ əməliyyatı zamanı Karakasın xahişi ilə missiya yerinə yetirən 32 kubalı öldürülüb. Əməliyyatdan sonra ABŞ dövlət katibi Marko Rubio Kuba hökumətini “böyük bir problem” elan edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
46
editor.az

1Mənbələr