Nikolas Maduro Nyu-Yorkda keçirilən məhkəmə iclasında hələ də ölkəsinin prezidenti olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
"Mən layiqli insanam və hələ də ölkəmin prezidentiyəm", - Maduro deyib.
Maduro və həyat yoldaşı narkotik qaçaqmalçılığı və digər federal ittihamlarda günahsız olduqlarına da and içiblər.