
Etiraz aksiyaları zamanı mülki əhali arasında itkilər baş verərsə, ABŞ İrana hərbi zərbə endirə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vest Palm-Biçdən Vaşinqtona qayıdarkən təyyarəsində jurnalistlərə bildirib.
“Biz İrandakı etirazları çox diqqətlə izləyirik”, - Ağ Ev rəhbəri vurğulayıb.
Amerika lideri İslam Respublikasında etiraz edən əhali arasında itkilərin olacağı təqdirdə bunun nəticələrinin olacağını açıq şəkildə bildirib: