AZ

Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin inkişafı...

"Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb".

Bunu Prezident İlham Əliyev bu gün ABŞ nümayəndə heyətini qəbul edərkən bildirib. 

Millət vəkili Vüqar Bayramov Hit.az-a şərhində bildirib ki, Azərbaycan sülh gündəliyinə töhfə verən ölkələrdən biridir:

 "Azərbaycan və Ermənistan arasında ticarət münasibətləri, kommunikasiyaların inkişaf etdirilməsi aktualdır. Ticari əlaqələrin inkişafı göz qabağındadır. Məlumdur ki, Azərbaycan benzini artıq Ermənistan bazarındadır. Həmçinin, Azərbaycan Ermənistana gedən yüklərlə bağlı bütün qadağaları aradan qaldırıb. Bu da Azərbaycanın sülh gündəliyinə sadiqliyini göstərir".

Həmsöhbətimizin dediyinə görə, Azərbaycan və Ermənistan arasında 38 adda məhsulda idxal-ixrac əməliyyatının qurulması mümkündür:

 "38 məhsul üzrə ölkələr müqayisəli üstünlüyə malikdir. İlkin mərhələdə ticari əlaqələrin qurulması 300 milyon dollar ticarət dövriyyəsinin yaranmasına səbəb olacaq. Azərbaycan Cənubi Qafqazın inkişafında və regionda təhlükəsizliyin qorunmasında  maraqlıdır".

Sevinc

Seçilən
54
hit.az

1Mənbələr