Bakı. Trend:
Təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktikiolaraq işləmir. Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilkqurbanlarından biri olmuşdur.
Trend xəbər verir ki, bufikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerliteleviziya kanallarına müsahibəsində bildirib.
BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin 27 ilərzində kağız üzərində qaldığını deyən dövlətimizin başçısıvurğulayıb ki, əgər biz öz torpaqlarımızı güc yolu ilə azadetməsəydik, onlar əbədi olaraq icrasız qalacaqdı.
İkinci Qarabağ müharibəsindən ötən beş ildə yeni reallıqlarınbütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr vənüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunduğunuxatırladan Azərbaycan Prezidenti qeyd edib: “Biz kağız - BMTNizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərindəyaşayırıq. Ona görə də, güclü olmalıyıq, biz də bunu etməyəçalışırıq. Mən hər bir ölkəyə bunu tövsiyə edirəm”.