Bundesliqada iş təcrübəsinə malik olan Aleksander Nuri ilə bağlı maraqlı xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, 4 ilə yaxındı, işsiz olan 46 yaşlı futbol adamı tamam fərqli sahəyə atılıb. ''Sport.de'' saytının məlumatına görə Nuri Almaniyanın Şimal Reyn-Vestfaliya əyalətində yerləşən iki fərqli ''Makdonalds'' dükanında yönətici kimi işləməyə başlayıb!
Maraqlıdı ki, o, futbolla yeni işi arasında bənzərliklər olduğunu bildirərək bunları deyib: ''Nəticə etibarilə hər iki işdə də məqsəd insanları bir araya gətirməkdi. Futbolda oyunçular varsa, burda da çalışanlar var. Amma təməl prinsip eynidi. Qarşındakını anlamağa çalışmalısan. Nə etməli olduğunu, qarşındakı insanı nələrin motivasiyalandırdığını bilməlisən''.
Qeyd edək ki, Aleksander Nuri ''Verder''in yetirməsidi və futbolçu karyerasında əsasən Almaniyanın aşağı liqa klublarında, eləcə də ABŞ təmsilçisi ''Sietl''da forma geyib. Məşqçi karyerasına isə 2014-də ''Verder''in akademiyasında başlayıb. Daha sonra ''Verder''in əsas komandasının başına gətirilərək burda 13 ay çalışıb. Bremendən ayrıldıqdan sonra ''İnqolştadt'', ''Herta'' və son olaraq Yunanıstan təmsilçisi ''Kavala''da işləyib. Nuri 2022-dən bu yana işsiz idi.
Bir müddət öncə Türkiyədə də buna bənzər olay yaşanmışdı. ''Beşiktaş''ın sabiq futbolçusu Okan Çınar Bursada dönər dükanı dükanı açmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta