AZ

Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya–Qərb bağlantısında artan rolundan danışdı » AzadMedia.az


Prezident İlham Əliyev 2025-ci ilin yekunlarına dair müsahibəsində Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Dövlət başçısı bildirib ki, Mərkəzi Asiya–Azərbaycan ittifaqı və “C5” formatının “C6”ya transformasiyası təkcə region üçün deyil, qlobal miqyasda da mühüm əhəmiyyət daşıyır. Prezidentin sözlərinə görə, nəqliyyat, logistika və əlaqəliliyin artan rolu fonunda Azərbaycan bu gün Mərkəzi Asiyanı Qərblə etibarlı şəkildə coğrafi baxımdan birləşdirə bilən yeganə ölkədir. İlham Əliyev qeyd edib ki, alternativ marşrutlar mövcud olsa da, hazırkı geosiyasi şəraitdə onlar Qərb üçün məqbul hesab edilmir. Bu səbəbdən Azərbaycanın “canlı körpü” və etibarlı tərəfdaş kimi rolu gələcəkdə daha da artacaq və bu, artıq praktiki həyatda öz təsdiqini tapır.
Seçilən
32
1
azadmedia.az

2Mənbələr