Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin təqdim olunması prosesi davam edir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə seçkilərlə bağlı yaradılmış seçki komissiyasının qərarı ilə İctimai Şuranın üzvlərinin sayı 11 nəfər müəyyən edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar vətəndaş cəmiyyəti institutları 1 (bir) nəfər şəxsin namizədliyinin irəli sürülməsi məqsədilə ərizəni (namizədin yaşayış ünvanı və elekton poçt ünvanı göstərilməklə) [email protected] elektron ünvanı və ya poçt vasitəsilə təqdim edə bilərlər.
“İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.11-ci bəndinə əsasən, vətəndaş cəmiyyəti institutu müraciətinə İctimai Şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir: