AZ

“Bu, İran İslam inqilabının iflası deməkdir” – Ekspert

İranda ötən ilin son günlərində başlayan etirazlar siyasi müstəviyə keçib. Ölkə daxilində etirazlar güclənir, nümayişçilər hökumət binalarına hücum edir və hazırkı hakimiyyət nümayəndələrinə müqavimət göstərirlər. Haızrkı hakimiyyət etirazları yatırmaq üçün qəddarlığa və cinayətə əl atır. Bu isə beynəlxalq sistem tərəfindən birmənalı qarşılanmır. Artıq Ali lideri Xameneinin vəziyyətinin gərgin olduğunu söyləyənlər də az deyil.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İranın Ali rəhbəri Əli Xamenei Rusiya deyil, Türkiyəyə gedə bilər:

“İranın Ali Dini rəhbəri Ə. Xamenei etirazlar silahlı münaqişə mərhələsinə keçərsə, ABŞ və İsrailin hücumu baş verərsə, Rusiyaya deyil, Türkiyə gedə bilər. Çünki, Rusiya Ə. Xamenei üçün bir növ İranı satmış bir ölkə kimi qəbul ediləcək. Türkiyə Ə. Xameneini qəbul etməyə hazırdı. Türkiyə regional gücdür və İrana qarşı sanksiyalara qoşulmayıb. Türkiyə İrana qarşı daima qonşuluq prinsipləri üzərindən yanaşıb. Türkiyə İranın Ali rəhbərinə sığınacaq ver və yüksək səviyyədə təhlükəsizlik təmin edə bilər. Ə. Xameneinin İranı tərk etməsi son hədd olar. Bu, İran İslam inqilabının iflası deməkdir. SEPAH və digər güc strukturları çalışır ki, xarici təhdidlərin qarşısını alsın. Amma, daxili etirazları körükləyən məsələləri kənara qoyub, bunu etməlidirlər”, – ekspert yekunlaşdırıb.

Seçilən
82
nocomment.az

1Mənbələr