AZ

Qarlı havada köməyə gələn evakuator yolsuzluq avtomobilinə qorxunc anlar yaşatdı VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Qarlı havada köməyə gələn evakuator operatoru ölümdən son anda xilas olub. Avtosfer.az xəbər verir ki, ABŞ-də baş verən hadisə kameraya düşüb. Havanın qarlı və şaxtalı olması səbəbindən qaranlıq yolda hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarına düşüb. Daha sonra avtomobil sürücüsü evakuasiya xidmətinə zəng edib. Bir müddət sonra hadisə yerinə gələn operator evakuatoru birtərəfli yolun sol zolağında heç bir xəbərdarlıqedici tədbir görmədən park edib və yol kənarına düşən avtomobili çəkmək üçün hazırlıq görüb. Həmin an eyni istiqamətdə hərəkətdə olan yolsuzluq avtomobili ötmə əməliyyatı yerinə yetirən zaman evakuatorun yük yerinə çıxaraq havada uçub və çevrilərək asfalta düşüb. 

Yerli medianın məlumatına görə, qəza nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
avtosfer.az

1Mənbələr