AZ

“Mən Venesuelanın prezidentiyəm, günahsızam” Maduro məhkəmədə...

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ-ın Nyu-York şəhərində Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores barəsində ilkin məhkəmə iclası başlayıb.

Globalinfo.az xəbər verir ki, bu mərhələdə ABŞ hakimiyyəti onlara qarşı irəli sürülən ittihamları təqdim etməlidir.

Məhkəmədə çıxış edən Nikolas Maduro və Siliya Flores özlərini təqsirli bilmədiklərini açıqlayıblar. Maduro bildirib ki, ittiham aktında göstərilən heç bir maddə ilə razı deyil:

“Burada qeyd olunanların heç birində günahım yoxdur. Mən dürüst insanam. Hələ də ölkəmin prezidentiyəm”, – deyə Maduro vurğulayıb.

Siliya Flores də məhkəmədə özünü Venesuelanın birinci xanımı kimi təqdim edərək günahsız olduğunu bəyan edib.

Nikolas Maduro əlavə edib ki, özünü hərbi əsir sayır. Bu bəyanatdan sonra hakim onun çıxışını yarımçıq kəsib. Qeyd olunur ki, Maduro məhkəmədə ispan dilində danışır və tərcüməçinin xidmətindən istifadə edir.

CNN-in məlumatına görə, Nyu-Yorkda məhkəmə binasının qarşısında xeyli insan toplaşıb. Bir qrup Maduronun saxlanılmasını alqışladığı halda, digəri etiraz aksiyası keçirib. Venesuela bayraqları qaldıran etirazçılar “Venesuela və azadlıq” şüarları səsləndiriblər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
globalinfo.az

1Mənbələr