AZ

Ağdam sakinini Xocalıda elektrik vurdu

BAKI, 5 yanvar. TELEQRAF

AĞDAM, 5 dekabr. TELEQRAF

Ağdam sakini Xocalıda elektrik cərəyanı vurması nəticəsində ölüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə,hadisə Xocalı rayon ərazisində baş verib.

Ağdam rayon Kol Qışlaq kənd sakini 1973-cü il təvəllüdlü Əliyev Nüşrəvan Əvəz oğlu Xocalı rayon ərazisində təmir bərpa işi görən zaman elektrik cərəyanı vurub.

Baş verən hadisə zamanı N.Əliyev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb

Seçilən
94
1
teleqraf.com

2Mənbələr