AZ

Parlamentə təklif gəldi: Qadınlar hərbi təlim keçsin, TV-lərdə bu verilişlər yasaqlansın

BAKI, 5 yanvar. TELEQRAF

Qadınlar hərbi təlim keçməli, Ramazan bayramına dövlət bayramı status verilməli, Jandarmeriya "Xilasedici" adlandırılmalıdır.

Teleqraf xəbər verir ki, bu təkliflər ötən il Türkiyə Böyük Millət Məclisinin Ərizələr Komitəsinə göndərilmiş fərdi müraciətlərin yalnız bir hissəsidir.

Türkiyə mediasının məlumatına görə, qanunvericilik ili ərzində komitəyə 29 minə yaxın vətəndaş müraciəti daxil olub.

Parlamentə təqdim edilən ərizə və şikayətlərdə əmək və sosial təminat, ədliyyə xidmətləri, təhsil və maliyyə əməliyyatları ilə bağlı mövzular üstünlük təşkil edib.

Müraciətlər arasında müəllimlər üçün 15-20 günlük illik məzuniyyət müddətinin müəyyən edilməsi, universitet imtahanlarında "dörd səhv cavab bir düzgün cavabı ləğv edir" qaydasının ləğvi, televiziyada zorakı, döyüş və münaqişə dolu hadisələrin yayımlanmasının qarşısının alınması kimi təklifləri də yer alıb.

Seçilən
61
3
teleqraf.com

4Mənbələr