AZ

İranda etirazlar toqquşmaya çevrildi VİDEO

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

İranda davam edən etiraz aksiyaları və iqtisadi qeyri-sabitlik fonunda təhlükəsizlik tədbirləri sərtləşdirilib.

Globalinfo.az bildirir ki, “Iran International”ın məlumatına görə, xüsusi təyinatlı bölmələr də daxil olmaqla təhlükəsizlik qüvvələri Tehran Universitetinin binası ətrafına yerləşdirilib.

Məlumata görə, eyni gün İran rialı qeyri-rəsmi bazarda yenidən tarixi minimuma yaxınlaşıb. ABŞ dollarının məzənnəsi təxminən 1 milyon 430 min riala çatıb. Bu, parlamentin qiymət artımını cilovlamaq məqsədilə subsidiyalı dollarların paylanmasını yalnız qismən məhdudlaşdırmaq qərarına baxmayaraq baş verib.

Qeyd olunur ki, etiraz aksiyaları dekabrın 28-də milli valyutanın məzənnəsinin demək olar ki, 1 milyon 440 min riala düşməsindən sonra başlayıb. Sonradan rial qısa müddətə möhkəmlənərək dollar qarşısında təxminən 1 milyon 350 min riala qədər bahalaşsa da, yenidən dəyər itirib.

Tehranda ticarətçilərin də etirazlara qoşulduğu bildirilir. Eyni zamanda, ölkənin cənub-qərbində yerləşən Yasuc şəhərində qubernatorluq administrasiyasının binası yaxınlığında saxlanılanların ailələri ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar qeydə alınıb.

ویدیوهای ارسال‌شده به ایران‌اینترنشنال در دوشنبه ۱۵ دی، حمله ماموران سرکوب را به خانواده بازداشت‌شدگان یاسوج در مقابل ساختمان فرمانداری این شهر نشان می‌دهد. pic.twitter.com/VxQzpN8HYt

— ايران اينترنشنال (@IranIntl) January 5, 2026

ویدیوهای رسیده به ایران‌اینترنشنال نشان می‌دهند که دوشنبه ۱۵ دی، نیروهای سرکوبگر و یگان ویژه جمهوری اسلامی جلوی دانشگاه تهران در حالت آماده‌باش به‌سرمی‌برند. pic.twitter.com/hSyWocrgnv

— ايران اينترنشنال (@IranIntl) January 5, 2026

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
globalinfo.az

1Mənbələr