
Rusiya Prezidenti Vladimir Putin hökumətə Rusiya Mərkəzi Bankı, Sber və Yandex ilə birlikdə süni intellekt sahəsində texnologiyalar inkişaf etdirməyi tapşırıb.
Kreml Putinin Rusiya hökumətinə süni intellektlə bağlı verdiyi yazılı tapşırığı yayımlayıb.
Sənədə görə, Rusiya hökuməti Rusiya Mərkəzi Bankı, Sber, Yandex və müxtəlif təşkilatlarla birgə süni intellekt sahəsində yeni texnologiyalar inkişaf etdirəcək və bu sahədə atılmalı olan yeni addımlar barədə təkliflər hazırlayacaq.
Putin həmçinin iqtisadiyyat, sosial sahələr və dövlət idarəçiliyi sektorlarında süni intellekt texnologiyalarının tətbiqi üçün milli plan hazırlanmasını, Rusiya istehsalı süni intellekt modellərinə tələbin artmasını təmin etmək üçün isə zəruri tədbirlərin görülməsini tələb edib.
Rusiya Dövlət Nüvə Enerji Təşkilatı Rosatom isə xarici ölkələrdə nüvə elektrik stansiyaları tikintisinə dair təkliflərə, həmçinin məlumat emalı mərkəzlərinin qurulması proseslərini də daxil etməyi qiymətləndirmək üzrə vəzifələndirilib.